Xaricdən gələn bağlamaların bəyan edilməsi artıq daha asan oldu: Gömrüyün şərhləri

2021-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən yaradılan Smart Customs tətbiqi öz fəaliyyətinə başlayıb.

Bu tətbiq vasitəsilə Azərbaycan vətəndaşlarına xaricdən gələn malları onlayn qaydada gömrük rəsmiləşdirilməsindən keçirmək təklif olunur.

Tətbiqin prosesi sadələşdirmək üçün yaradılmasına baxmayaraq, bu yenilik vətəndaşların narazılığına səbəb olub. İndi ikiqat iş görülməlidir: bəyannaməni yalnız çatdırılma xidmətinin veb saytında deyil, eyni zamanda yeni tətbiqdə də doldurmaq tələb olunur.

“Həddindən artıq çox vaxt aparır”, “Bir bağlamanın müxtəlif kodları olmalı imiş”, “Yalnız bir rəqəmdə səhv olsa belə, sənəd yenidən doldurulmalıdır”…

Bu rəylərə əsasən yeni xidmət yaradılmışdır. Hazırda onu Bakıda ilk olaraq yerli çatdırılma şirkətlərindən biri tətbiq edir. Artıq gömrük bəyannaməsini istifadəçi deyil, çatdırılma xidməti doldurur.

Dövlət Gömrük Komitəsinin Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsinin rəisi Rauf Quliyevin verdiyi məlumata əsasən:

“Yeni layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq.

Beynəlxalq poçt göndərişləri və ya daşınma şirkətləri vasitəsilə xaricdən mal gətirən fiziki şəxslər artıq gömrük orqanına gəlməyəcək, bütün gömrük əməliyyatlarını gömrük əməkdaşı ilə təmasda olmadan həyata keçirə biləcək”.

Yeni xidmət artıq Tezzex çatdırılma şirkəti tərəfindən uğurla tətbiq edilməkdədir.

İndi hər bir istifadəçi Tezzex.com saytına daxil olaraq məlumatları yalnız bir dəfə daxil etməlidir. Onlayn alış-veriş edərkən istənilən məhsulun linkini çatdırılma xidmətinin veb saytındakı müəyyən pəncərəyə əlavə etmək kifayətdir.

Sistemin özü sifarişi emal edəcək, malları əldə edəcək və şirkət onların gömrük rəsmiləşdirilməsilə bağlı bütün zəruri prosedurları həyata keçirəcək.

Öz növbəsində Tezzex xidməti malların Azərbaycana, müştərinin istəyinə əsasən isə birbaşa ünvana çatdırılmasını təmin edəcək.

Beləliklə, artıq xaricdən mal sifariş etmək prosesi cəmi bir neçə saniyə çəkir: linkin kopyalanmasından çatdırılma xidmətinin veb saytında dərc edilməsinədək.

Bu prosesin xeyli sadələşdirilməsi vətəndaşların əlverişli qiymətlərlə mal əldə edə bilməsi üçün həyata keçirilir.

Rəylər

OXŞAR XƏBƏRLƏR