Whatsapp-da yaxın zamanda istifadəyə veriləcək yeni funksiyalar məlum olub

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş növbəti yenilənmə üzərində çalışırlar və o, yaxın zamanda Whatsapp-ın Android və iOS versiyalarında istifadəyə verilməlidir. Messencerin yeni versiyası özündə bir neçə maraqlı yeni özəlliyi birləşdirəcək. Onların arasında çat tarixçələrinin köçürülməsi, kontaktların bloklanması üzrə daha geniş imkanlar və messencer üzərindən işə salınan kamera funksiyasında yeniliklər olacaq. Whatsapp barəsində məlumat sızıntıları ilə tanınan WABetaInfo saytı messencer üçün hazırlanan üç yenilik barəsində məlumat verib.

Beləliklə verilmiş məlumata əsasən çatların köçürülməsi funksiyası çat tarixçələrinin yeni Android cihaza kopyalanmasını təmin edəcək. Lakin bu yeni funksiyanın əsas özəlliyi ondan ibarətdir ki, o, çatları yeni cihaza Google Drive-dan istifadə etmədən kopyalamağa imkan verəcək. Bu isə öz növbəsində istifadəçi məlumatlarının konfidensiallıqlarının yüksək şəkildə təmin edilməsinə şərait yaradacaq. Digər yenilik kontaktların bloklanması funksiyasını əhatə edir. Məlumata əsasən bu funksiya messencer ilə bağlı olan bildirişlərdə aktiv olacaq.

    Lakin sözügedən funksiya bilinməyən və etibarlı olmayan nömrələrdən əldə edilmiş mesajlar halında messencerin bildirişlər panelində ortaya çıxacaq. Bu öz növbəsində istifadəçinin səhvən öz tanış kontaktlarını bloklamamağa imkan verəcək. Növbəti yenilik messencer üzərindən kamera vasitəsilə edilən çəkiliş imkanlarının genişləndirilməsini əhatə edəcək. Məlumatda qeyd edilib ki, messencer üzərindən kameranın istifadəsi halında istifadəçi bir toxunuşla video və foto çəkiliş arasında sürətli keçidi reallaşdıra biləcək. Məlumatda qeyd edilib ki, bu yeni funksiyalar hal hazırda hazırlanma mərhələsindədir və yaxın gələcəkdə Whatsapp-ın stabil versiyalarından birinə inteqrasiya ediləcəklər.

Rəylər

OXŞAR XƏBƏRLƏR