Whatsapp-da fotoları ilkin keyfiyyətdə göndərmək mümkün olacaq

 Whatsapp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər. Məlum olub ki, onlar messencerin beta versiyasına çox faydalı bir funksiyanı əlavə ediblər. Əlavə edilmiş yeni funksiya messencer daxilində fotoların ilkin keyfiyyətdə göndərilməsini təmin edəcək. Bir neçə müddət bundan öncə Whatsapp-ın istifadəyə verilmiş 2.21.15.7 nömrəli beta versiyasında HD Photos adlı funksiya aşkar edildi. Sözügedən funksiya vasitəsilə istifadəçi göndərilən fotonun hansı keyfiyyətdə göndərilməsini təyin edə bilər. Bu funksiya göndərilməsi planlaşdırılan fotonun keyfiyyətinin avtomatik və ya istifadəçi tərəfindən seçilməsini təmin edir. Lakin onlardan heç biri fotonun ilkin keyfiyyətdə göndərilməsini mümkün etmir.

Məlum olub ki, messencerin Android üçün nəzərdə tutulmuş 2.23.2.11 nömrəli beta versiyasında ortaya çıxmış funksiya fotonun ilkin keyfiyyətdə göndərilməsini mümkün edir. Bu halda fotonun messencer tərəfindən sıxılması baş vermir. Tərtibatçılar bunu mümkün edən xüsusi düyməni fotonun göndərilməsi zamanı ortaya çıxan panelə əlavə ediblər. Bu funksiya öz növbəsində göndərilən fotoların keyfiyyətlərini idarə etməyə imkan verəcək. Bununla yanaşı bu funksiya ilkin keyfiyyətə sahib fotoların göndərilməsinin vacib olduğu zamanlarda çox faydalı olacaq. Hal hazırda sözügedən funksiya Whatsapp-ın Android üçün nəzərdə tutulmuş 2.23.2.11 nömrəli beta versiyasında aktivdir. Yaxın gələcəkdə onun messencerin stabil versiyasında istifadəyə verilməsi gözlənilir.

Rəylər

OXŞAR XƏBƏRLƏR