Vyetnamlı hakerlər “Facebook”un 267 milyon istifadəçisinin şəxsi məlumatlarını oğurladı

“Facebook”un 267 milyon istifadəçisinin şəxsi məlumatları oğurlanıb.

Britaniyanın “Comparitech” şirkəti bunun arxasında Vyetnamdan olan hakerlərin durduğunu bildirib.

Hakerlər bu məlumatları spam və zərərverici proqramların göndərilməsi üçün istifadə edib.

Oğurlanan məlumatlar əsasən amerikalı istifadəçilərə məxsusdur. Onların adları, telefon nömrələri, fotoları və digər şəxsi məlumatları istifadə olunub.

Bu haqda dekabrın 14-də məlum olub, müvafiq əməliyyatlardan sonra məlumatlar əlçatmaz edilib.

Rəylər

OXŞAR XƏBƏRLƏR