Useyn Bolt: Rekordumu heç kim qıra bilməz

Yamaykalı sprinter, səkkiz qat Olimpiya çempionu Useyn Bolt Tokio Oyunlarında onun 100 və 200 metr məsafələrdəki dünya rekordlarının təzələnməyəcəyinə əmindir.

İdmançı bu barədə Beynəlxalq Olimpiya Komitəsinin “Instaqram” hesabındakı canlı yayımda deyib.

Hazırda qaçış üzrə yarışlarda 100 metr məsafədəki dünya rekordu 9.58 saniyə, 200 metrdə isə 19.19 saniyə təşkil edir.

U.Bolt bu nailiyyətə 2009-cu il Dünya Çempionatında imza atıb.

U. Bolt hesab edir ki, hazırda atletlər onun rekordunu təzələmək üçün yetərli səviyyədə hazırlıqlı deyillər.

Rəylər

OXŞAR XƏBƏRLƏR