Uşaqların elektron cihazlara marağının itməsi təhlükədən xəbər verə bilər

Uşağın elektron cihazlara marağının qəfil itməsi valideynlərin narahatlığına səbəb olmalıdır.

“RİA Novosti” agentliyinə danışan zərərverici proqramların tədqiqatçısı Romana Linkeova belə düşünür.

R.Linkeova bunun əsas səbəbini uşağın kiber zorakılığa məruz qalması ilə əlaqələndirib.

O qeyd edib ki, uşaqlar heç də həmişə virtual zorakılığın qurbanına çevrilmələrini valideynlərinə demirlər.

Mütəxəssis kiber zorakılığın qarşısını almağın və ya dayandırmağın bir neçə yolu olduğunu söyləyib.

“Bunlardan biri virtual zorakılığı həyata keçirən şəxsləri müəyyən edib onları dostluqdan çıxarmaq və izləyicini bloklamaqdır. Yaxşı olar ki, övladınız sosial şəbəkələrdə ünsiyyət qurduğu şəxs sizin və övladınızın etibar etdiyi istifadəçilər olsun. Üstəlik, uşaq internet hesablarını gizlətmək məxfilik baxımından daha məqsədə uyğundur”, – deyə R Linkeova vurğulayıb.

Mütəxəssis eyni zamanda uşağın yaşayış yeri barədə hər hansı bir məlumatı, fotonu, videonu paylaşmamağı tövsiyə edir: “Bu şəkillər sizə qarşı və ya sizin və övladınız haqqında daha çox məlumat tapmaq üçün istifadə edilə bilər”.

Rəylər

OXŞAR XƏBƏRLƏR