Uşaqlar diri-diri basdırılan küçükləri xilas etdilər – VİDEO

Türkiyənin İstanbul şəhərində torpağa diri-diri basdırılan küçüklər uşaqlar tərəfindən xilas edilib.

DHA xəbər verir ki, Esenyurtda boş ərazidə gəzən uşaqlar görüblər ki, bir küçük üstü örtülən nöqtəyə baxıb hürür.

Uşaqlar həmin yeri qazaraq oradan 4 küçüyü çıxara biliblər. Onlar balaları sağ-salamat itin yanın qoyublar.

Küçüklərin yuvasını torpaqla örtən şəxsin kimliyi bilinmir.

Rəylər

OXŞAR XƏBƏRLƏR