Ukraynanın ilk ay missiyası 2022-ci ildə baş tutacaq

Növbəti ildə Ukrayna Aya ilk səfərini həyata keçirəcək.

Səfər çərçivəsində Yerin təbii peykinə elmi araşdırmalar məqsədilə xüsusi avadanlıqlar çatdırılacaq.

Missiyanın həyata keçirilməsi üçün Britaniyanın “Spacebit” şirkətinin xidmətlərində istifadə ediləcək.

Səfər Ukrayna tərəfinə 1.5 milyon dollara başa gələcək.

Qeyd edək ki, bugünədək yalnız üç ölkə Aya yük çatdırmağa müvəffəq olub.

Bunlar ABŞ, Rusiya və Çindir.

Mənbə: Ukrinform

Rəylər

OXŞAR XƏBƏRLƏR