Ukraynada koronavirusdan maksimum ölüm qeydə alındı

Ukraynada 11 833 nəfərdə koronavirusun aşkar edilməsi ilə ümumi yoluxma sayı 1 489 23-ə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib.

Ölkədə ötən sutkada 289 ölüm hadisəsi qeydə alınıb ki, bu da pandemiya dövründə ən yüksək göstəricidir.

Bununla da, koronavirusdan ölüm sayı 28 986-ya çatıb.

Ukraynanın paytaxtı Kiyevdə ilin əvvəlindən koronavirusa maksimum gündəlik yoluxma müəyyən olunub (1 121 nəfər).

Qeyd edək ki, Ukraynada fevralın 24-dən “AstraZeneca” peyvəndi ilə kütləvi vaksinasiya başlayıb.

Rəylər

OXŞAR XƏBƏRLƏR