UEFA qərar verdi: “Qarabağ” – “Bazel” oyunu hansı stadionda keçirləcək?

UEFA Konfrans Liqasənın I turunun “Qarabağ” – “Bazel” oyununun yeri dəyişdirilib.

Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Öncədən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılan qarşılaşma ölkənin ən böyük idman qurğusunda baş tutacaq.

Matç sentyabrın 16-da keçiriləcək və saat 20.45-də başlayacaq.

Qeyd edək ki, buna əsas səbəb Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad vəziyyətdə olmasıdır.

Rəylər

OXŞAR XƏBƏRLƏR