Türkiyədə təbii fəlakətdən əziyyət çəkənlər üç aylıq elektrik enerjisi ödənişlərindən azad olundu

Türkiyə hökuməti təbii fəlakət zonasında yaşayan əhaliyə lazımi yardımı etməklə yanaşı, müəyyən güzəştlər də tətbiq edib.

Bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, ölkənin Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz təbii fəlakət bölgəsində yaşayan əhalinin üç ay müddətində elektrik enerjisi üzrə ödənişlərdən azad edildiyini bildirib.

Nazir sel fəlakətilə üzləşmiş Sinopda mətbuata açıqlamalar zamanı bölgədəki enerji infrastrukturuna ciddi zərər dəydiyini qeyd edib.

Rəylər

OXŞAR XƏBƏRLƏR