Türkiyədə minimum əməkhaqqı artırıldı

Türkiyədə minimum əməkhaqqı 30 faiz artırılıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan açıqlayıb. O, minimum əməkhaqqının 5 min 500 lirə olduğunu elan edib. Artımla bağlı qərar bu gündən qüvvəyə minib.
Ərdoğan bildirib ki, artımla bağlı qərara ilin sonunda yenidən baxılacaq.