Türkiyədə hərbi hissəyə hücum olub: Yaralananlar var

Türkiyənin Suriya ilə sərhədində yerləşən Hatay vilayətində hərbi hissəyə hücum olub.

Oxu.Az Trendə istinadən xəbər verir ki, bu barədə türk KİV-i məlumat yayıb.

Hücum nəticəsində Türkiyə SQ-nin iki hərbçisi yaralanıb. Hücum edənlərin kimliyi barədə məlumat verilməyib, onların saxlanılması üzrə əməliyyat aparılır.

İlkin məlumata görə, hərbi hissəyə hücumun arxasında Kürdüstan Fəhlə Partiyası dayanıb.

Türkiyənin Kürdüstan Fəhlə Partiyası ilə münaqişəsi artıq 30 ildən çoxdur ki, davam edir və 40 min insanın ölümünə səbəb olub. Partiyası BMT və Avropa ittifaqı tərəfindən terror təşkilatı kimi tanınıb.

Rəylər

OXŞAR XƏBƏRLƏR