Türkiyədə dağıntılar altından ürəkparçalayan səslər: “Bacım, qardaşım və mən buradayıq” – VİDEO

Türkiyənin 10 şəhərində baş verən dəhşətli zəlzələdən sonra binaların dağıntıları altında qalan vətəndaşların xilası üçün işlər davam edir.

Sosial şəbəkələrdə bununla bağlı xeyli görüntülər yayılıb.

Kadrların biri Diyarbəkirin Bağlar rayonunda qeydə alınıb. Orada kömək gözləyən gənc sağ qalanlarla danışaraq: “Bacımın vəziyyəti yaxşıdır. Qardaşımın arxada səsi gəlir”, – deyir.

Digər görüntülər Adıyamandandır. Orada da dağıntılar altında qalan uşaqlı bir ailənin kömək gözlədiyi görünür. Videonun sonunda isə iki körpənin dağıntıların altında qalması əks olunub.

Rəylər

OXŞAR XƏBƏRLƏR