Türkiyə və Rusiya PUA-ları Qarabağda hava kəşfiyyatı həyata keçiriblər – VİDEO

Qarabağda atəşkəsə nəzarət məqsədilə yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin PUA-ları Qarabağda hava kəşfiyyatı həyata keçiriblər.

“Rossiya 24” xəbər verir ki, münaqişə zonasında atəşkəs rejiminə pilotsuz təyyarələrin köməyi ilə nəzarət edilir.

Belə cihazın uçuşu 10 saata qədər davam edə bilər. Mütəxəssislər çətin relyefli dağlarda və meşələrdə vəziyyəti izləyirlər. Avadanlıq yüksək dəqiqliklə hərbi maşınların, şəxsi heyətin yerini müəyyənləşdirir və sərhəd keçidlərinin bütün faktlarını qeyd edir. Bundan əlavə, onlardan humanitar yardım karvanlarını müşayiət edərkən istifadə olunur.

Qeyd edilir ki, Qarabağda atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün bu ilin yanvar ayının sonunda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə hər tərəfdən 60-a yaxın hərbi qulluqçu daxildir.

Rəylər

OXŞAR XƏBƏRLƏR