Türkiyə parlamenti Paris sazişini təsdiq etdi

Türkiyə parlamenti Paris İqlim Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsini qəbul edib.

Layihə səsvermənin nəticələrinə əsasən qəbul olunub.

Xatırladaq ki, Paris Sazişi Birləşmiş Millətlər Təşkilatının 2015-ci ilin dekabr ayında Parisdə keçirilmiş iqlim konfransı zamanı qəbul edilib, 2016-cı ilin noyabr ayının dördündə qüvvəyə minib.

Paris İqlim Sazişi 2015-ci ildə 190-dan çox ölkənin imzaladığı ilk qlobal iqlim sənədidir.

Saziş qlobal istiləşmənin qarşısının alınmasına dair dünya planını müəyyənləşdirir.

Mənbə: “Anadolu”

Rəylər

OXŞAR XƏBƏRLƏR