Tramp cinayətkarların telefonlarını açmaqdan imtina edən “Apple” şirkətini qınadı

U.S. President Donald Trump views Apple products as he tours Apple's Mac Pro manufacturing plant in Austin, Texas, U.S., November 20, 2019. REUTERS/Tom Brenner - RC2AFD9MKOHU

ABŞ prezidenti Donald Tramp “Apple” şirkətinin istintaq orqanları ilə əməkdaşlıqdan boyun qaçırdığını bildirib.

Ağ Ev rəhbəri özünün “Twitter” səhifəsində şirkəti bu siyasətinə görə qınayıb.

Prezident bildirib ki, telefonlarının bloka alınması qatillərə, narkotacirlərə və digər cinayətkarlara yardım edir.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti “Apple”a ticarətdə və bir çox digər məsələlərdə köməklik edir və bunun əvəzini görmək istəyir.

Rəylər

OXŞAR XƏBƏRLƏR