Tovuzda Ermənistana məxsus daha bir PUA vuruldu – FOTO

İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Rəylər

OXŞAR XƏBƏRLƏR