Tokio Olimpiadası bir neçə il müddətinə təxirə salına bilər

2020-ci ildə keçirilməsinin ləğvi barədə qərar qəbul edilsə, Tokio Olimpiyadası bir neçə il müddətinə ertələnə bilər.

“Wall Street Journal” xəbər verir ki, bunu Yaponiyanın Olimpiada üzrə Təşkilat komitəsinin üzvü  Xaruyuki Takahaşi qeyd edib.

“Düşünmürəm ki oyunlar ləğv ediləcək, sadəcə təxirə salına bilər”, – deyə Takahaşi qeyd edib.

Onun sözlərinə görə, oyunların bir il müddətinə təxirə salınması çətin olacaq, çünki digər mühüm yarışmalarla üst-üstə düşəcək.

“Ona görə də, iki ildən sonra keçirilməsi daha məqsədəuyğundur”, – deyə Yaponiyanın Olimpiada üzrə Təşkilat komitəsinin üzvü  bildirib.

Rəylər

OXŞAR XƏBƏRLƏR