“Titanik”in poçtalyonunun cib saatı 116 min dollara satılıb

“Titanik” gəmisinin qəzaya uğraması nəticəsində həlak olan poçt işçisi Oskar Skott Vudiyə məxsus cib saatı İngiltərədə 98 min funt-sterlinqə (116 min ABŞ dolları) alınıb.

“Report” xəbər verir ki, bu barədə BBC Yayım Korporasiyası məlumat yayıb.

Saat Uiltşir qraflığındakı “Henry Aldridge & Sons” hərrac evi tərəfindən keçirilən hərrac zamanı satılıb.

Saatın əqrəbləri gəminin sahibi ilə birlikdə 14 aprel 1912-ci ildə Atlantik okeanının soyuq sularına qərq olmasından az sonra dayanıb. Fəlakətdən 1 ay sonra onları tapıblar və poçtalyonun dul arvadına qaytarıblar.

Bundan başqa, hərracda “Titanik”dən başqa əşyalar da satılıb. Belə ki, lüks restoranın menyusu 50 min funt-sterlinqə (59 min dollar), sərnişinlərin siyahısı isə 41 min funt-sterlinqə (48 min dollar) alınıb. Siyahı, transatlantik uçuş zamanı əlavə pul qazanmağa hazırlaşan və bu məqsədlə mümkün qurbanların siyahısını tərtib edən Corc Bretona məxsus idi.

Şirniyyat boşqabı 20 min funt-sterlinqə (23 min 600 ABŞ dolları), restoran zalından bir sütun parçası isə 23 min funt-sterlinqə (27 min dollar) alınıb.

Qeyd edək ki, “Titanik” gəmisi ilk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batıb. Gəminin göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1 514 nəfər həlak olub.

Rəylər

OXŞAR XƏBƏRLƏR