”Tesla”nın açıqlamasından sonra “Bitcoin”in dəyəri sürətlə artır – YENİLƏNİB

Dünyanın ən populyar kriptovalyutası “Bitcoin” bugünkü ticarət sessiyasında tarixi maksimumunu yeniləyib. “CoinDesk” portalının məlumatlarına görə, Bakı vaxtı ilə 17:26-da kriptovalyutanın dəyəri 44.9 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Tesla” şirkətinin bu kriptovalyutaya 1.5 milyard dollar dəyərində yatırım etməsi xəbərindən sonra “Bitcoin”in dəyəri artmağa başlayıb.

17:21

Dünyanın ən populyar kriptovalyutası “Bitcoin” ticarət sessiyasında 11,8%  artaraq, 43,8 min dollara yüksəlib.

“CoinDesk” portalının məlumatlarına görə, Bakı vaxtı ilə 17:00-da kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.

Rəylər

OXŞAR XƏBƏRLƏR