“Tesla Cybertruck”ın buraxılış vaxtı açıqlandı – FOTO/VİDEO

“Tesla”nın qurucusu İlon Mask “Cybertruck” elektrik pikapının 2023-cü ildə bazara çıxacağını açıqlayıb.

O, bu barədə “Giga Texas” zavodunun açılışı münasibəti ilə “Cyber ​​​​Rodeo”nun təqdimatında bildirib.

Tədbir zamanı Mask “Cybertruck” modelinin necə görünəcəyini nümayiş etdirib.

Jurnalistlərin sözlərinə görə, modelin son variantı əvvəlkindən fərqlənmir, lakin yeni versiyada qapı tutacaqları yoxdur. Mask qeyd edib ki, sahibi yaxınlaşdıqda avtomobil qapıları özü açacaq.

Mənbə: Lenta.ru

Rəylər

OXŞAR XƏBƏRLƏR