Tanınmış blogger, “layk-dislayk kralı” Əli Kərimli mitinq sezonunu açıq elan elədi – Cəbhəçi trollar ifşa edildi – FOTOFAKT

Yenə də payız sezonu gəldi, AXCP və Milli Şura mitinq adlı “biz də varıq, cin kimi trollarıq”, “Avropadakı əmilər salam, pul göndərin vəssalam” ssenarili şou proqramın fəaliyyətini bərpa elədilər.

Yenə də gələcəklər, pafoslu çıxışlar, iylənmiş fikirlər, çürümüş görüntülər, aldanıb gələn 3 -5 nəfər də 5-10 dəqiqə baxıb köhnəliyi görüb, çıxıb gedəcək. 1, 2, 3, aha, qış fəsli gəldi – qış yuxusu-fasilə, yenə yaz, yenə yay, beləcə davam edəcək.

Hər il eyni şey şey şey şey – mahiyyətləri dəyişmir, zehniyyətləri dəyişmir, öz ölkələrinə, vətənlərinə olan nifrətləri azalmır. Əksinə, daha da manqurtlaşır, zombiləşirlər. İnternetə daraşaraq öz dövlətini, millətini, prezidentini səmimi qəlbdən sevən və bu sevgini sosial şəbəkələrdə dilə gətirən insanları təhqir atəşinə tutur, yaltaq və troll adlandırırlar. Lakin tərbiyəsiz bir topluma çevrilmiş “təhqir müxalifətçiləri” cəbhəçilər fərqində deyillər ki, özlərinin vətəndaşlara damğa vurmaq üçün icad etdikləri “troll” mexanizmi öz əleyhlərinə çevrilməkdədir, özləri hərəkətləri ilə özlərini ifşa edir, kimin troll, kimin vətənpərvər vətəndaş olduğunu göstərmiş olurlar, hökumətin əziyyət çəkməsinə ehtiyac qalmır. Qısacası, ataların “meymun baxar güzgüyə, adın qoyar özgəyə” misalı ilə əsil trolun və yaltağın elə özləri olduqlarını sübut etmiş olurlar. İndi mən sizə meymunu da güzgünü də faktlarla göstərəcəyəm.

Deməli, işi gücü sosial şəbəkələrdə menecerlik, like-dislike saymaq, statistika çıxarmaq, sıravi cəbhəçiləri başqalarına hücum çəkdirmək olan blogger Əli Kərimli (el arasında “sayğac Əli” deyirlər) dünən yaxın silahdaşı, əvvəllər qohum əqrabasına saunalarda “qonaqlıq” verməsi ilə tanınan, indi isə fransızın çörəyindən yeyib suyundan içib öz dövlətini, millətini nüfuzdan salmaq kimi “müqəddəs” bir missiyanı həyata keçirən “j(z)urnalist” Qənimət Zayidovun efirində 28 sentyabr tarixində mitinq keçirəcəklərini bəyan etdi və bunu öz səhifəsində paylaşdı.

İlahi, acmış cəbhəçi troll ordusuna da elə bu lazım deyildimi, daraşdılar. Necə daraşdılar, heç arılar pətəyə belə daraşmır. Fikir verin, 10-15 dəqiqə ərzində 1500 rəy yazıldı, 10 cəbhəçi, hərəsinin də 5-6 saxta profili, adama 30-40 rəy yazdı, vəssalam, say düzəldi. Ad da qoydular- xalq bizi dəstəkləyir.

Bu zehniyyətə adam sadəcə dəhşətə gəlir, eyni zamanda ürək də ağrıyır. Axı bu adamları, bir parça çörək qazanmaq imkanından məhrum edib trolluq etməyə, “Əli bəy lider”, “Yaşasın Əli bəy”, “Liderimiz Əli bəy” tipli alçaldıcı rəylər yazmağa vadar edən səbəblər nədir görəsən? Doğrudanmı bunu etdirənlər utanmırlar. İnanmıram utanalar, onlara sıravi partiya üzvlərinin və nəticə etibarilə ölkənin vətəndaşı olan binəvaların dolanışığı, həyatı, ailə üzvləri maraqlı deyil. Əsas olan sayğacdır, blogger Kərimlinin like-dislike sayğacı, bir də Türkel balanın London barlarında kef çəkməsi üçün cib xərcliyi!!!!

Mən daha heç nə demirəm, fotolardakı profillərin adlarına, yazılan rəylərə özünüz baxın və əlinizi qoyun vicdanınızın üzərinə sonra nəticə çıxarın. İnanmayan olsa, “sayğac Əli”nin səhifəsinə baxmaqla dediklərimin doğruluğuna bir daha şahid ola bilərlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rəylər

OXŞAR XƏBƏRLƏR