Tənqidçilər 2022-ci ilin ən yaxşı filmlərini seçdilər – FOTO

Hollivud mükafatları mövsümü davam edir. Keçən həftə “Qızıl Qlobus”un qalibləri elan olundu və bu gün Şimali Amerikanın ən böyük tənqidçi təşkilatı olan “Critics Choice” Assosiasiyası (CCA) öz mükafatlarını təqdim etdi.

Oxu.Az-ın məlumatına görə, “Tənqidçilərin Seçimi” Mükafatlarının təqdimetmə mərasimi 28-ci dəfədir keçirilir.

Filmlər

Ən yaxşı film – “Everything Everywhere All at Once”

Ən yaxşı rejissor – Den Kvan və Deniel Şaynert (“Everything Everywhere All at Once”)

Ən yaxşı orijinal ssenari – Den Kvan və Daniel Şaynert (“Everything Everywhere All at Once”)

Ən yaxşı uyğunlaşdırılmış ssenari – Sarah Polley (“Women Talking”)

Ən yaxşı aktyor – Brendan Freyzer (“The Whale”)

Ən yaxşı aktrisa – Keyt Blanşett (“Tar”)

Ən yaxşı ikinci plan aktyoru – Ke Huy Kuan (“Everything Everywhere All at Once”)

Ən yaxşı ikinci plan qadın rolu – Ancela Bassett (“Black Panther: Wakanda Forever”)

Ən yaxşı gənc aktyor və ya aktrisa – Qabriell la Bell (“The Fabelmans”)

Ən yaxşı aktyor heyəti – “Glass Onion: A Knives Out Mystery”

Ən yaxşı operator işi – “Top Gun: Maverick”

Ən yaxşı montaj – “Everything Everywhere All at Once”

Ən yaxşı vizual effektlər – “Avatar: The way of water”

Ən yaxşı makiyaj və saç düzümü – “Elvis”

Ən yaxşı quruluşçu rəssam işi – “Babylon”

Ən yaxşı kostyum dizaynı – “Black Panther: Wakanda Forever”

Xarici dildə ən yaxşı film – “RRR”

Ən yaxşı komediya – “Glass Onion: A Knives Out Mystery”

Ən yaxşı cizgi filmi – “Guillermo del Toro’s Pinocchio”

Ən yaxşı mahnı – “RRR” (“Naatu Naatu”)

Ən yaxşı musiqi – “Tar” (Hildur Gudnadouttir)

Televiziya

Ən yaxşı dram – “Better Call Saul”

Dramda ən yaxşı aktyor – Bob Odenkirk (“Better Call Saul”)

Dramda ən yaxşı aktrisa – Zendaya (“Euphoria”)

Dramada ən yaxşı ikinci plan aktyoru – Cankarlo Espozito (“Better Call Saul”)

Dramada ən yaxşı ikinci plan qadın rolu – Cennifer Kulidc (“The White Lotus”)

Ən yaxşı komediya – “Abbott Elementary”

Komediyada ən yaxşı aktyor – Ceremi Allen Uayt (“The Bear”)

Komediyada ən yaxşı aktrisa – Cin Smart (“Hacks”)

Komediyada ən yaxşı ikinci plan aktyoru – Henri Vinkler (“Barry”)

Komediyada ən yaxşı köməkçi aktrisa – Şerl Li Ralf (“Abbott Elementary”)

Ən yaxşı mini serial – “The Dropout”

Miniserial və ya telefilmdə ən yaxşı aktyor – Deniel Redkliff (“Weird: The Al Yankovic Story”)

Miniserial və ya telefilmdə ən yaxşı aktrisa – Amanda Seyfrid (“The Dropout”)

Miniserial və ya telefilmdə ən yaxşı ikinci plan aktyoru – Pol Uolter Houzer (“The Black Bird”)

Miniserial və ya telefilmdə ən yaxşı ikinci plan qadın rolu – Nisi Neş (“Monster: The Jeffrey Dahmer Story”)

Ən yaxşı cizgi serialı – “Harley Quinn”

Ən yaxşı televiziya filmi – “Weird: The Al Yankovic Story”

Ən yaxşı xarici dildə serial – “Pachinko”

Fəxri Mükafatlar

#SeeHer Mükafatı – Janell Mone

Həyat Nailiyyətləri Mükafatı – Ceff Bridces

Rəylər

You may also like...