“Super Mario” cizgi filmləri arasında rekord vurdu

“Super Mario qardaşları kinoda” adlı cizgi filmi beş gündə 377 milyon dollar toplaya bilib.

Beləliklə, o, bütün cizgi filmləri arasında dünya kinoprokatı tarixinin ən yaxşı başlanğıc nəticəsinə imza atıb.

Animasiyanın büdcəsi 100 milyon dollar olub.

Film həmçinin 2023-cü ilin ən yaxşı açılışı, ABŞ-də cizgi filmi üçün ikinci ən yüksək debüt və “Illumination” kinostudiyası üçün ən çox gəlir gətirən film kimi rekordlara sahibdir.

Aprelin 9-na olan məlumata görə, “Super Mario qardaşları kinoda” ABŞ-də 204,6, dünya üzrə isə 173 milyon dollar qazanıb.

Cizgi filmi “llumination”, “Nintendo” və “Universal” tərəfindən yaradılıb.

Mənbə: gazeta.ru

Rəylər

You may also like...