Soçidə Lukaşenko və Putinin 6 saatlıq görüşü başa çatdı

Soçidə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı görüş qurtarıb.

“Report” xəbər verir ki, bu barədə “Belarus-1” telekanalı bildirib.

Qeyd edilir ki, danışıqlar 6 saatdan çox davam edib.

Daha əvvəl bildirilib ki, dövlət başçıları ikitərəfli münasibətləri müzakirə ediblər. Belarus və Rusiya prezidentləri koronavirusla birgə mübarizə üçün Avropa ölkələri ilə səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Lukaşenko həmçinin Belarusda COVID-19-la mübarizə üçün Rusiya vaksininin rolunu qeyd edib. O, eyni zamanda bildirib ki, martda respublikada Rusiya texnologiyaları üzrə vaksinlərin istehsalına başlanacaq. Lukaşenkonun sözlərinə görə, Belarus öz vaksinini yaradacaq.

Görüşün müddəti üzrə reqlament olmayıb. Liderlər eyni zamanda birlikdə nahar ediblər və xizəkdə gəziblər.

Rəylər

OXŞAR XƏBƏRLƏR