Simptomsuz xəstələr COVID-19-u yayırmı? – AÇIQLAMA

“Simptomsuz xəstələr də simptomlu xəstələr kimi digərlərini yoluxdura bilərlər. Ona görə diqqətli olmaq lazımdır”.

Bunu Səhiyyə Nazirliyinin nəzdində COVID-19-la mübarizənin gücləndirilməsi üçün yaradılmış İşçi qrupunun üzvü Nailə Daşdəmirova deyib.

O bildirib ki, əgər şəxsdə COVID-19 testi müsbət çıxıbsa,xəstəliyin simptomlu və ya simptomsuz gedişatından asılı olmayaraq, onlar da yoluxdurucudurlar:

“Xəstəliyin yüngül, orta, ağır və simptomlu, simptomsuz gedişi var. Bəzən insanlar elə düşünür ki, xəstəliyi simptomsuz keçirirlərsə, yoluxdurucu hesab olunmurlar. Lakin, bu belə deyil”.

Rəylər

OXŞAR XƏBƏRLƏR