Sabah 36 dərəcə isti gözlənilir – HAVA PROQNOZU

Azərbaycan ərazisində iyulun 5-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 16-21° isti olacaq.

Rəylər

OXŞAR XƏBƏRLƏR