“Sərt karantin rejimi yumşaldıla bilər” – TƏBİB rəsmisi+Video

“Virusa yoluxanların sayı azalan tendensiya ilə davam edərsə, Azərbaycanda sərt karantin rejimi yumşaldıla bilər”.

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev ”Xəzər Xəbər”ə müsahibəsi zamanı deyib ki, yumşaldılma ilə bağlı qərarı aidiyyatı qurumlar vəziyyəti dəyərləndirdikdən sonra açıqlayacaq.

Vasif Əliyev bildirib ki, yumşaldılmaya gedilsə belə, ehtiyatı əldən vermək olmaz. İnsanlar yenə də maska taxmalı, sosial məsafə prinsipinə və gigiyenik qaydalara mütləq əməl etməlidir. Xüsusilə sağalan insanlar diqqətli olmalıdır. Çünki növbəti dəfə də virusa yoluxma riski var.

İnsanlar sadalanan bu tələblərə əməl etsə, yoluxmalar ən minimum həddə enəcək. Bu isə sərt karantin qaydalarının yumşaldılmasına səbəb ola bilər.

Qeyd edək ki, bəzi şəhər və rayonlarda tətbiq edilən sərtləşdirilmiş karantin rejimi avqust ayının 5-də, ölkə üzrə xüsusi karantin rejimi isə 31-də sona çatacaq.

Rəylər

OXŞAR XƏBƏRLƏR