Rusiyaya qarşı beşinci sanskiyalar paketi qüvvəyə minib

Avropa İttifaqının Rusiyaya qarşı beşinci sanskiya paketi qüvvəyə minib.

Qərar Avropa İttifaqının “Rəsmi Jurnal”ında dərc olunub.

Yeni məhdudiyyətlər siyahısına “Kalaşnikov” konserni, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov, “Sberbank”ın rəhbəri German Qref, həmçinin “Rusal” konserninin şəriki Oleq Deripaska daxildir.

Aİ həmçinin “VTB”, “Sovcombank”, “Novikombank” və “Otkritie Bank”a qarşı sanksiyaları genişləndirib.

Belə ki, qeyd olunan bankların aktivləri dondurulub.

Mənbə: RİA Novosti

Rəylər

You may also like...