Rusiyadan Marsla bağlı cəsarətli addım

“Roskosmos”un “Arsenal” dizayn bürosu Marsda Atom Elektrik Stansiyası qurmağı təklif edib.

Bu barədə “RİA Novosti” xəbər verib.

Atom Elektrik Stansiyası “Zevs” nüvə yedəyinin bir hissəsi olaraq “Qırmızı Planet”in orbitinə aparılacağı, sonra paraşütlə səthə atılacağı güman edilir.

Reaktor olaraq dartma üçün hazırlanmış texnologiyalardan istifadə edilməsi təklif olunur.

Qeyd olunur ki, Marsda AES gələcəkdə bu planetdə Rusiya bazasını enerji ilə təmin etmək üçün nəzərdə tutulub.

Rəylər

OXŞAR XƏBƏRLƏR