Rusiyada hərbi şəhərciyə mərmi düşdü: Bir neçə hərbçi xəsarət alıb – VİDEO

Rusiyada partlayış olub.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, hadisə Belqorod şəhərində qeydə alınıb. Belə ki, müvəqqəti hərbi şəhərciyə mərmi atılması nəticəsində 4 hərbçi xəsarət alıb.
“RİA Novosti” agentliyi isə hadisənin silah anbarında baş verdiyini bildirib. Agentliyin məlumatına görə, bundan sonra bir neçə partlayış səsi eşidilib.