Rusiyada ardıcıl üç zəlzələ baş verib

Rusiyanın Kamçatka diyarı sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Moskva vaxtı ilə 01:28-də qeydə alınan yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 161 km şimal-şərqdə yerləşib.

 

Bundan əvvəl dekabrın 23-ə keçən gecə Kamçatka sahillərində 5,1 və 6,4 bal gücündə iki zəlzələ qeydə alınıb. Yeraltı təkanlar yaşayış məntəqələrində hiss olunub.

 

İlkin məlumata görə, dağıntı və tələfat qeydə alınmayıb. Sunami təhlükəsi elan edilməyib.

Rəylər

OXŞAR XƏBƏRLƏR