Rusiya Müdafiə Nazirliyi Qarabağda minalardan təmizləmə işlərinin gedişi haqda

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda 400 hektardan çox ərazidə 16 mindən çox partlayıcı vasitə aşkar edərək zərərsizləşdiriblər.

“RİA Novosti” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

“Əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən Dağlıq Qarabağda 400 hektardan çox ərazi, 151 kilometr yol, 617 bina, o cümlədən 22 sosial əhəmiyyətli obyekt minalardan təmizlənib. 16 mindən çox partlayıcı vasitə aşkar edilərək zərərsizləşdirilib”, – deyə nazirliyin məlumatında bildirilir.

Qeyd olunub ki, sülhməramlılar ərazilərin minalardan təmizlənməsi zamanı “Uran-6” robot sistemlərindən istifadə edirlər.

Rəylər

OXŞAR XƏBƏRLƏR