Rayan Qiqz: Sabah Bakıda böyük oyun olacaq

Burada az müddət olmağıma baxmayaraq, yaxşı vaxt keçirəcəyimə inanıram. Sabah böyük oyun olacaq.

Oxu.Az xəbər verir ki, bunu Uels millisinin baş məşqçisi Rayan Qiqz deyib.

O, sabah saat 21:00-da keçiriləcək Azərbaycan – Uels oyunu barədə fikirlərini bildirib: “Çalışacağıq ki, seçmə mərhələdəki növbəti iki oyunumuzda da qələbə qazanaq. Asan olmayacaq. Oyunçuların həyəcanlı olmasına baxmayaraq, çalışacağıq ki, qələbə qazanaq. Beyl bu yaxınlarda zədələnmişdi. Vəziyyəti hazırda yaxşıdır. Zədə almasına baxmayaraq, Ceyms Laurensin vəziyyəti yaxşıdır. Mühüm qərarlar verəcəyik. Vaxtilə Azərbaycan millisinə qarşı futbolçu kimi oynamışam. Millinizdə çox dəyişiklik olmayıb. Amma baş məşqçi kimi burada olmaq çətindir”.

Rəylər

OXŞAR XƏBƏRLƏR