Rafael Ağayev italiyalı dünya çempionu ilə virtual döyüşdü – VİDEO

Karate üzrə beşqat dünya çempionumuz Rafael Ağayev 75 kq çəki dərəcəsində əsas rəqiblərindən olan Luici Buza ilə birgə “Instagram”da onlayn məşq keçirib.

Oxu.Az-ın xəbərinə görə, əvvəlcə italiyalı ikiqat dünya çempionunun idman tapşırıqlarını hər iki karateçi yerinə yetirib. Sonra idmançılar Rafaelin verdiyi tapşırıqlara əsasən məşq edib.

Sonda Buza Rafaellə onlayn döyüşmək istədiyini bildirib. Tərəflər virtual şəkildə döyüşüblər.

Həmçinin, Rafael Ağayev Luici Buzaya İtaliyanın “Yuventus” futbol klubunun formasını göstərərək, həmin komandanın azarkeşi olduğunu bildirib. İtaliyalı Buca isə Milanın “İnter” klubunu dəstəklədiyini deyib.

Rəylər

OXŞAR XƏBƏRLƏR