“Qızıl top”u Messi alacaq

2019-cu “Qızıl top” mükafatını Argentina millisinin və “Barselona”nın kapitanı Lionel Messi alacaq.

“Transfermarkt” xəbər verir ki, mükafatla bağlı səsvermə noyabrın 9-da başa çatıb.

Artıq portal argentinalının mükafatlarının yenilənmiş statistikasını da təqdim edib, siyahıda “Qızıl top” – 2019 mükafatı da göstərilib.

“France Football” nəşrinin təşkil etdiyi mükafatlandırma mərasimi dekabrın 2-də Parisdə keçiriləcək.

Rəylər

OXŞAR XƏBƏRLƏR