Qızğın öküz Bakı küçələrində dəhşət saçdıPolis əməkdaşları zərərsizləşdirdi

Postbaku “Yeni sabaha” istinadən xəbər verir ki, dünən Ziya Bünyadov prospektində qəssabdan qaçan öküz bəzi küçələrdə xeyli müddət nəqliyyatın hərəkətini iflic edib.

Qızğın öküz prospektdə nəinki qaçıb, insanlara hücum edib, maşınları əzib. Öküzün ram olunmasına yol polisi, post patrul xidməti cəlb olunub.

Küçədə bir müddət davam edən təhlükəli vəziyyətdən sonra öküz polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Hadisəyə dair fotoları təqdim edirik.

Rəylər

OXŞAR XƏBƏRLƏR