Qış yuxusundan tez oyanan ayının görüntüləri maraqla qarşılandı – VİDEO

Qazaxıstanın Rusiya ilə sərhədində yerləşən Ust-Kamenoqorsk – Ridder magistralı ilə hərəkət edən sürücü ayı ilə rastlaşıb.

Hadisəni öz telefonuna çəkən sürücü görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Hadisə şahidlərinin sözlərinə görə, əslində ayılar hələ qış yuxusunda olmalıdırlar, sadəcə olaraq bölgədə havaların tez istiləşməsi nəticəsində ayılar öz yuvalarını daha tez tərk etməli olub.

Mənbə: Sputnik Qazaxıstan

Rəylər

You may also like...