Qazaxıstanda yenidən etirazlar başlayıb – VİDEO

Qazaxıstanda yenidən etiraz aksiyaları keçirilir.

Ölkənin cənub-qərbindəki Manqistau vilayətinin Janaozen şəhərinin yüzlərlə sakini mərkəzi meydana toplaşaraq, bir müddət əvvəl Astanada saxlanılan həmyerlilərinin azad edilməsini tələb edirlər.

Bu gün günorta saatlarında Astanada Energetika Nazirliyinin qarşısında tətil zamanı işçilər polis tərəfindən saxlanılıb. Neftçilər işdən çıxarılmalarından narazı qalaraq, neft şirkətinin rəsmiləri və nümayəndələri ilə görüş tələb ediblər.

Xatırladaq ki, keçən il yanvarın 2-də Janaozendə maye qazın bahalaşmasına qarşı kütləvi etirazlar ilə başlayıb. Daha sonra bütün Qazaxıstana yayılan etiraz aksiyaları zamanı əksəriyyəti Almatı şəhərində olmaqla 164 nəfər insan həlak olub və 2265 nəfər yaralanıb

Mənbə: TASS

Rəylər

You may also like...