Qazaxıstanda casusluq və dövlətə xəyanətdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb

Qazaxıstanda casusluq və dövlətə xəyanətdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb. Bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi (DTK) məlumat yayıb.

“Milli Təhlükəsizlik Komitəsi casusluq, dövlətə xəyanət, dövlət sirrinin qanunsuz toplanması və açıqlanmasında şübhəli bilinən bir qrup şəxsi, o cümlədən bir xarici vətəndaşı saxlayıb”, – komitənin saytında dərc olunan məlumatda deyilir.

Bütün şübhəlilər həbs edilib.

Cinayət işləri “Gizli” qrifi altında təsnifatlandırıldığı üçün bu məsələ ilə bağlı əlavə məlumatlar açıqlanmır.

Aprelin 3-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi ölkə prezidenti Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentinin həbs edildiyini açıqlayıb. Saxlanılan şəxs xüsusi xidmət və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktları törətməyi də planlaşdırırmış.

Mənbə: Qazeta.ru

Rəylər

You may also like...