“Qarabağ”ın futbolçusunun vurduğu qol ən yaxşı onluqda – VİDEO

Konfrans Liqasının qrup mərhələsinin II turunda “Qarabağ” klubunun futbolçusu Kadi Borgesin Kiprdə “Omoniya”ya vurduğu qol UEFA tərəfindən son turun ən baxımlı 10 qolu sırasında yer alıb.

Qeyd edək ki, “Qarabağ”ın braziliyalı futbolçusunun vurduğu bu gözəl qol oyunun 52-ci dəqiqəsinə təsadüf etmişdi.

“Qarabağ” sözügedən oyunda  rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.

Mənbə: UEFA

Rəylər

OXŞAR XƏBƏRLƏR