Qarabağda nə qədər ərazi minalardan təmizlənib? – VİDEO

Vətən müharibəsindən sonra 45 milyon kvadrat metrdən çox ərazi minalardan təmizlənib. Lakin bəzi  ərazilər varki həmin yerlərin relyefi minalardan təmizlənmə əməliyyatlarını çətinləşdirir. Düşmən kanalların ətrafında hər kvadrat metrə 5-6 mina basdırıb.bu arada  qarşıdakı aylarda hava şəraitindən asılı olaraq minaların təmizlənməsi üçün texniki vasitələrə daha çox üstünlük veriləcək.

İşğaldan azad olunmuş torpaqlarda ümumilikdə 45 milyon kvadrat metrdən çox ərazi minalardan təmizlənib.
Azərbaycan Minatəmizləmə Agentliyinin maarifləndirmə işləri şöbəsinin müdiri Ramil Əzizov XəzərXəbər-ə bildirib ki, proses işğaldan azad olunan bütün ərazilərdə davam etdirilir.Avqustun 30-dan sentyabrın 4-dək 188 hehkar ərazi ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 164 piyada əleyhinə mina, 72 tank əleyhinə mina və 235 partlamamış hərbi sursat aşkarlanıb.
Ramil Əzizov vurğuladı ki elə ərazilər var ki həmin yerlərin relyefi minalardan təmizlənmə əməliyyatlarını çətinləşdirir.
Şöbə müdiri qeyd etdi ki, qarşıdakı aylarda hava şəraitindən asılı olaraq minaların təmizlənməsi üçün texniki vasitələrə daha çox üstünlük veriləcək.

Rəylər

OXŞAR XƏBƏRLƏR