“Qalatasaray”ın keçmiş prezidenti vəfat etdi

“Qalatasaray” futbol klubunun keçmiş Prezidenti Duygun Yarsuvat dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” yayıb.

Məlumata əsasən, 84 yaşlı Duygun Yarsuvat 2020-ci ilin sonlarında koronavirusa yoluxub və bir müddət xəstəxanada müalicə alıb.

Qeyd edək ki, D. Yarsuvat 2014-cu il oktyabrın 25-dən 2015-ci il mayın 23-nə kimi “Qalatasaray” klubuna rəhbərlik edib.

Rəylər

OXŞAR XƏBƏRLƏR