“Qalatasaray“ Superkubokda uduzdu – VİDEO

Futbol üzrə Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Superkubok matçında Türkiyə çempionu “Qalatasaray”la son kubokun qalibi “Akhisar Bələdiyyəspor” qarşılaşıb.

Konyada keçirilən görüşdə hesabı Akhisar təmsilçisi açıb. Bu komandanın ukraynalı hücumçusu Yevgeni Seleznyov 5-ci dəqiqədə hesabı açsa da, İstanbul klubunun isveçrəli forvardı Ərən Dərdiyok 79-cu dəqiqədə hesabı bərabərləşdirib.

Doxsan dəqiqə 1:1 hesabı ilə başa çatıb. Əlavə otuz dəqiqədə də qol vurulmayınca, penaltilər seriyasına müraciət edilib. Penaltilərdə isə “Akhisar Bələdiyyəspor” 5:4 hesabı ilə qalib gələrək ilk dəfə Türkiyə Superkubokunun qalibi olub.

Qeyd edək ki, ötən il də “Konyaspor” sürpriz edərək “Beşiktaş”a qalib gəlmiş, Superkuboku başı üzərinə qaldırmışdı.

Rəylər

OXŞAR XƏBƏRLƏR