“Qəbələ” afrikalı futbolçu ilə müqavilə imzaladı

“Qəbələ” Yaovi Akakpo ilə müqavilə imzalayıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 2019-cu ilin sonlarından “qırmızı-qaralar”ın düşərgəsində baxışda olan futbolçu ilə 2,5 illik anlaşma əldə olunub.

Toqolu yarımmüdafiəçi 2022-ci ilin yayına qədər əyalət təmsilçisinin formasını geyinəcək. 21 yaşlı oyunçu buna qədər vətənində çıxış edib. O, “Pumas” klubunun şərəfini qoruyub.

Rəylər

You may also like...