Polad Həşimov küçəsində işlər tamamlanır – FOTO

Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adının verildiyi küçəyə məlumat lövhələri quraşdırılır.

Oxu.Az-ın məlumatına görə, lövhələrin quraşdırılmasına bu gün səhər saatlarından başlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl Naximov küçəsi Polad Həşimov küçəsi adlandırılıb. Küçənin ətrafındakı parkda abadlıq işləri aparılıb.

Parkın açılışı sabah nəzərdə tutulub.

Rəylər

OXŞAR XƏBƏRLƏR