Pele Lionel Messini təbrik edib

Əfsanəvi futbolçu Pele Fransanın PSJ klubunda çıxış edən Lionel Messini “Qızıl top”u qazanması münasibəti ilə təbrik edib.

“Report” xəbər verir ki, 81 yaşlı keçmiş hücumçu bu barədə İnstaqram hesabında bildirib.

“Lionel Messini təbrik edirəm. Bu, şübhəsiz ki, onun misilsiz istedadına verilən qiymətdir. Yeddi dəfə, çox sağ olun”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Lionel Messi karyerasında 7-ci dəfə “Qızıl top” mükafatına sahib çıxıb.

Rəylər

OXŞAR XƏBƏRLƏR