Paşinyan: “Ermənistan sentyabrdakı toqquşmalardan kifayət qədər zərər çəkib”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın KTMT ölkələrini münaqişəyə cəlb etməyə çalışması ilə bağlı şərhləri manipulyasiya adlandırıb.

“Mən Ermənistanın KTMT ölkələrini Azərbaycanla müharibəyə cəlb etməyə çalışması ilə bağlı şərhlərə cavab vermək istəyirəm. Bu, sırf manipulyasiyadır, çünki Ermənistan müharibədə maraqlı ola bilməz.

Yalnız ona görə ki, müharibələrdən, o cümlədən bu ilin sentyabrındakı toqquşmalardan kifayət qədər zərər çəkib”, – deyə Paşinyan çərşənbə günü KTMT-yə üzv ölkələrin dövlət başçılarının sammitindəki yekun nitqində bildirib.

Mənbə: TASS

Rəylər

OXŞAR XƏBƏRLƏR