Pambıq və sintetik maskaların müqayisəsində gözlənilməz nəticələr ortaya çıxıb – FOTO/VİDEO

ABŞ Beynəlxalq Standartlar və Texnologiya İnstitutu laboratoriya şəraitdə müxtəlif materialdan olan maskaların koronavirusa qarşı filtrasiya xüsusiyyətlərini müqayisə ediblər.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

Məlum olub ki, pambıq maskalar filtrasiyada  sintetik maskalardan daha təsirli imiş. Belə ki, pambıqdan hazırlanmış maskalar nəmli nəfəsə məruz qaldığı anda hissəcikləri filtrasiyanı 33 faiz yaxşılaşdırır.

Sintetik maskada isə belə deyil. Onların əksəriyyəti hidrofobdur (sudan “qorxur”). Onlar mayeni saxlamır, bu isə sintetik maskaların effektivliyini azaldır.

Rəylər

OXŞAR XƏBƏRLƏR